Главная > Siyasət > XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib
XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib29-09-2022, 11:26. Разместил: admin |
“Ermənistan növbəti saxta ittihamla çıxış edib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O bildirib ki, İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”. XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”. Вернуться назад |