Главная > Siyasət > Şarl Mişel Azərbaycanın beş erməni hərbçini Ermənistana təhvil verməsini təqdir edib - FOTO
Şarl Mişel Azərbaycanın beş erməni hərbçini Ermənistana təhvil verməsini təqdir edib - FOTO9-09-2022, 11:54. Разместил: admin |
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib. Aİ Şurasının Prezidenti bu barədə öz “Twitter”ində yazıb. “Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin Bakı tərəfindən sərbəst buraxılmasını alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”,- deyə Ş.Mişel vurğulayıb. Вернуться назад |