Главная > Siyasət > Azərbaycanda Bakı-Moskva-Tehran görüşür: hansı sazişlər imzalanacaq?
Azərbaycanda Bakı-Moskva-Tehran görüşür: hansı sazişlər imzalanacaq?6-09-2022, 10:23. Разместил: admin |
Ukraynadakı vəziyyət Şimal-Cənub nəqliyyat dəhlizi dünya ictimaiyyətinin diqqətini cəlb edib Bakıda Azərbaycan, Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq müzakirə ediləcək. “Bu barədə danışan İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani bildirib ki, üç ölkə nümayəndələrinin görüşü gələn həftə Bakıda keçiriləcək. O bildirib ki, üç ölkə Şimal-Cənub dəhlizinin üzvüdür. “Qlobal hadisələri və xüsusilə Ukraynadakı vəziyyəti, habelə beynəlxalq tranzit marşrutlarında yük və enerji daşınması ilə bağlı problemləri nəzərə alaraq, Şimal-Cənub tranzit marşrutunun əhəmiyyəti yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib”, - iranlı diplomat qeyd edib. Onun sözlərinə görə, region daxilində və ondan kənarda bir çox ölkələr bu dəhlizdən istifadə imkanlarında maraqlıdır. “Bu yolun inkişafı İran və iki qonşu ölkə (Rusiya və Azərbaycan) üçün vacibdir. Gələn həftə Bakıda üç ölkə nümayəndələrinin görüşü nəzərdə tutulub, bununla bağlı bütün məsələlər müzakirə olunacaq. Dəhlizdən maksimum istifadə imkanlarını inkişaf etdirmək üçün birgə sazişlər bağlanacaq”, - o vurğulayıb. Вернуться назад |