Главная > Siyasət / Gündəm > Hacı Ruslan Həsənov: İnam, etimad, sədaqət və xeyirxahlıq

Hacı Ruslan Həsənov: İnam, etimad, sədaqət və xeyirxahlıq


26-08-2022, 16:04. Разместил: admin


102xeber.az saytının Təsisçisi Baş Redaktoru, 102xeber.com saytının Rəhbəri, Beynəlxalq ictimai.az Saytının Təsisçisi və Baş Redaktoru Məxfi Fikir.az Saytının Təsisçisi, Məxfi Fikirlər Qazetin Təsisçisi Baş Redaktoru, 102xeber.tv-nin Təsisçisi Hacı Ruslan Həsənov - Ulu Öndər Heydər Əliyevin müdrik bir kəlamı var: “Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinn həll edilməsində öz sanballı töhfələrini vermişlər”.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub.    Azərbaycanın Birinci xanımının fəaliyyət xəttinə nəzər saldıqda konkret kompleksləşdirilmiş tədbirlər yolu görünür. Yəni, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəli olmasına baxmayaraq, bütün bu əməli addımlar yalnız bir nöqtəyə vurur: Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsinin qorunub saxlanılması və təbliğ edilməsi.

Mehriban Əliyevanın stili nə qədər özünəməxsusdur?

Alicənablıq, insanpərvərlik, kübarlıq kimi yüksək insani dəyərlər, yüksək erudisiya sahibi olan Mehriban xanım zəngin və çox şaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin hörmət qazanmışdır. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” - Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir.

Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. Vaxtı ilə Azərbaycana qərəzli münasibət bəsləyən bir çox ölkələr indi tamam başqa bir yanaşma sərgiləyir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu beynəlxalq arenada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Avropada, ümumən Qərbdə Müsəlman, Türk dünyasının qeyri-rəsmi elçisidir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə məscidlər tikilir, təmir edilir, eyni zamanda, katolik və pravoslav kilsələri, sinaqoqlar  əsaslı  bərpa olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə bu işlər davam etdirilir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına böyük siyasi əhəmiyyət verən Heydər Əliyev Fondu artıq işğal zamanı zədələnmiş tarix və mədəniyyət abidələrinin bərpası, o cümlədən tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə artıq Vaqif məqbərəsi bərpa edilib və Yuxarı Gövhər ağa məscidinin bərpası başa çatdırılıb, mehmanxanalar və ictimai obyektlər tikilib. Bununla paralel olaraq faktiki olaraq yer üzündən silinmiş Ağdamda, bütün Qarabağ və Şərqi Zəngəzurda  genişmiqyaslı işlər aparılır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi onun fəaliyyətinin ana xəttini təşkil edir. 2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Mehriban Əliyeva parlamentin bir çox mühüm qərarlarının: məhkumlara amnistiya, qadın və uşaq hüquqlarının müdafiəsini təmin edən qanunların, milli adət-ənənələrin və ailə prinsiplərinin təşəbbüskarı olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində  profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir.       

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.

Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.

Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür.

Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının,  keçmiş məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır. Qazilərin sağlamlıqlarına qovuşması, onların müalicəsi üçün bütün işlər görülür və şəxsən Mehriban xanımın diqqət mərkəzindədir.

2020-ci il bütün dünyada COVID-19 pandemiya dövrü Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizin bu bəladan az itki ilə qurtarmağa imkan verdi. “Vətənimizə, bizim ümumi evimizə bəla gəlib”, - deyə xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi. Ölkənin, dövlətin çətin anlarından uğurla çıxmağımız üçün  qarşılıqlı dəstək vacib rol oynayır. Mənəvi və maddi dəstəyin bir-birini tamamlaması mühüm güc mənbəyidir.

Mehriban xanım bir vətəndaş, ana- bacı, bir dost kimi  xalqımıza çağırışı,  istər ölkə daxilinidə, isətrsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik yaradır.  Bu müraciətlərin sonu hər zaman heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitir. Bu insanlarda ruh yüksəkliyi yaradır və ona olan hörməti, inamı daha da artırır.

Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə möhtəşəm zəfər tarixi yazdı. "Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda  güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”. 44 gün davam edən  müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğlanacaqdır”. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş miqyaslı fəaliyyətinin təməlində məhz bu bütövlük dayanır. Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənimizin və xalqımızın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca səbəb isə onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. Biz bu yolda ona uzun ömür, can sağlığı və  böyük uğurlar arzulayırıq.



Вернуться назад