Главная > Siyasət > Fuad Hacıyev: Azərbaycan xalqının rifahı naminə

Fuad Hacıyev: Azərbaycan xalqının rifahı naminə


29-07-2022, 10:21. Разместил: admin


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərməklə uğurlu nəticələr verdi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması, ölkəmizdə gedən çoxşaxəli islahatlar,  o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları görülən bütün işlər Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra ölkədə dövlət idarəçilik sistemində görülən işlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Burada biz xüsusilə Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyev tərəfindən xüsusi nümayəndəlik institutunun yaradılması və regionun ümumi inkişaf istiqamətlərinin hərtərəfli təşkil olunması aspektindən onun qarşısına qoyuduğu məqsəd və vəzifələr çox böyük əhəmiyyətə malikdir. Bundan əlavə işğldan azad olunmuş ərazilərimizin bərpası ilə bağlı  Strateji Fəaliyyət Planın tam surətlə həyata keçirilməsi yeni infrastruktur layihələrinin icrası, məcburi köçkünlərin doğma torpaqlarına yerləşdirilməsinə start verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tapşırıqların verilməsi, bərpa-quruculuq işlərinin davam etməsində müsbət tendensiyaların müşahidə olunması və s. bütün bunlar Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindən birini təşkil edir.
Demək olar ki, Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, bürokratik aparatın tamamilə ləğvi, bütün dövlət institutlarında şəffaflığın təmin edilməsi, vətəndaşlarla dövlət strukturları və məmurlar arasında müasir və birbaşa xidmət kanallarının yaradılmasına aparan sürətli idarətmə strukturunun çoxşaxəli inkişafına nail olub. İdarəetmədə çox ciddi islahatlar aparılıb və qanunsuz işlərə təhrik edən şəxslər vəzifədən uzaqlaşdırılıb. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edildir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb.  Prezident İlham Əliyevin son 2019-cu ilin yanvar ayının 29-da “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq etməsi və orada qeyd olunan məsələlərin əks olunması ölkəmizin bütün sahələrdə inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını sübut edir. Bundan əlavə, Dövlət idarəetmə sahəsində aparılan islahatlar dövlət idarəçiliyinin daha da gücləndirilməsinə, dövlət orqanlarında çevikliyin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir.
Cari ilin 25 iyul tarixində Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışı böyük əhəmiyyətə malikdir. Çıxış zamanı cənab Prezident idarəetmə sistemində rayonların icra başçılarının fəaliyyəti, görməli olacaqları işlər və fəaliyyətlərində qüsurlar olan icra başçılarının cəzalandırılması kimi mühüm məsələrə toxunmuşdur. Prezident İlham Əliyevin çıxışı həm də, bütün respublika üzrə icra başçılarının, eləcə də, xüsusi nümayəndələrin fəaliyyətlərini özündə əks etdirən yol xəritəsidir.
Prezident İlham Əliyev bildirmişdir: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır. Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.
Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirmişdir. Bu istiqamətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lideri, dünyanın iqtisadi inkişaf göstəricilərinə əsasən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Dövlət proqramları əsasında həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasını dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun bizlərə bəxş etdiyi möhtəşəm Zəfərlə bütün əldə olunan nəaliyyətlər kəmiyyətcə və keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Вернуться назад