Главная > Siyasət > DTX əməliyyatı: 49 yaşlı general-polkovnik getdi... - DOSYE
DTX əməliyyatı: 49 yaşlı general-polkovnik getdi... - DOSYE16-07-2022, 21:40. Разместил: admin |
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, onun bir müddətdir DTX-nin Gömrük Komitəsində apardığı əməliyyatlar nəticəsində ikisi general olmaqla, bir sıra mühüm vəzifəli şəxslərin həbsi fonunda işdən azad edilməsi DGK-də ciddi problemlərin mövcudluğunu göz önünə gətirir. Səfər Məmməd oğlu Mehdiyev - gömrük xidməti general-polkovniki, “Vətənə xidmətə görə” ordeni tam kavaleridir. O, 17 mart 1973-cü ildə Naxçıvanda anadan olub. Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Yalnız 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. 2010-cu ildə isə Bakı Dövlət Universitetini hüquq fakültəsi ilə təhsilini tamamlayıb. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb. 1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib. 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilib. 30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi alıb. 16 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən azad edilib. Ailəlidir, 2 övladı var. Вернуться назад |