Главная > Siyasət > “Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”

“Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”


16-07-2022, 21:29. Разместил: admin
“Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”


“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.

“Gununsesi.info” xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilən Səfər Mehdiyev deyib.

Həbs olunması ehtimalı barədə iddialara gəlincə, o belə deyib:

“Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.

“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.


Вернуться назад