Главная > Siyasət / Gündəm > Ramil Fərəcov vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

Ramil Fərəcov vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL


6-07-2022, 12:30. Разместил: admin


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Rahat marketlər şəbəkəsinin müdir müavini Ramil Fərəcovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Rahat marketlər şəbəkəsinin müdir müavini Ramil Fərəcovdur.

Rahat marketlər şəbəkəsinin müdir müavini Ramil Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ramil Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Rahat marketlər şəbəkəsinin müdir müavini Ramil Fərəcova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Rahat marketlər şəbəkəsinin müdir müavini Ramil Fərəcov - Azərbaycanın dünya birliyində artan rolu onun ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən xarici siyasət kursunun düzgün müəyyənləşdirilməsini, bu fonda ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin inkişafını xüsusi qeyd etmişdir. Azərbaycanın bu sahədə qazandığı uğurlar möhkəm təmələ əsaslanır. Belə ki, Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmilləşməni, yeniləşməni özündə birləşdirən siyasəti nəticəsində Azərbaycan  tarixi Zəfərə imza atdı və hazırda  möhtəşəm Qələbənin reallıqlarını yaşayır. Azərbaycan xalqı bu Zəfəri ilə yenilməzliyini, məğrurluğunu, torpaq, Vətən sevgisini nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan daim bölgədə dayanıqlı sülhün və inkişafın tərəfdarı olduğunu bəyan edib və   bunu atdığı addımları ilə təsdiqləyir. İyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı bir daha Azərbaycanın uğurlarının, dəyişməz mövqeyinin, daha yaxşı gələcəyə nail olmaq üçün müəyyənləşdirdiyi hədəflərin təqdimatında əhəmiyyətli rol oynadı.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən ayrı-seçkiliyə qarşı mübarizə aparır və bunu daim  davam etdirəcəyini bildirir. Dövlət başçısı İlham Əliyev Bakı konfransında bir daha diqqəti tarixə qovuşan Qarabağ münaqişəsinə yanaşmada dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldərək Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi səylərdən geniş bəhs etdi. Bir daha Azərbaycanın  dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri olduğu diqqətə çatdırıldı. Reallıq budur ki,  ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələnmişdi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Dünya bu reallıqlara göz yumaraq etimadsızlıq mühitinin formalaşmasına gətirib çıxarmışdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Dövlət başçısının nitqində bu məqam da xüsusi yer aldı ki,  Azərbaycan xalqı 30 il  beynəlxalq ictimaiyyətin ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcəyini gözlədi. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi.

Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyacın olmadığını bildirən ölkə Prezidenti İlham Əliyev vurguladı ki, Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Bakı konfransı Azərbaycanın Qoşulmama Hərkatında mövqeyinin möhkəmlənməsinə də işıq saldı. Belə ki, dövlət başçısı İlham Əliyev diqqəti ölkəmizin quruma sədrlik müddətinin bir il uzadılmasına yönəldərək bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsində   Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin  şahidi olduq. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün öz torpaqlarında savaşırdı. Ədaləti, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr Azərbaycana  qarşı  qarayaxma, böhtan və şantaj kampaniyasına başladı, haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

Bu gün böyük qürurla tarixi Zəfərimizdən bəhs edirik. Azərbaycanın Vətən müharibəsində  Zəfəri bütün uğurlarımızın zirvəsində dayanaraq gələcək hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Dövlət başçısı İlham Əliyev Bakı konfransında  hazırkı dövrün yeni reallıqları fonunda bu çağırışı etdi ki, səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Qoşulmama Hərəkatı  ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib.

Вернуться назад