Главная > Siyasət > İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi

İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi


27-06-2022, 14:28. Разместил: admin
İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi


"Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir".

"Bu barədə Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

“Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin.

Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.

2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanının açılacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti deyib ki, ondan sonra gediş-gəliş daha rahat olacaq.

“Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Вернуться назад