Главная > Siyasət > Karantinə görə cəzalandırılan polis rəisi işdən çıxarıldı

Karantinə görə cəzalandırılan polis rəisi işdən çıxarıldı


20-06-2022, 15:37. Разместил: admin
Karantinə görə cəzalandırılan polis rəisi işdən çıxarıldı


Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı işdən çıxıb.

Lent.az xəbər verir ki, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili polis polkovniki Mübariz Quliyev bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

Qeyd edək ki, M. Quliyev bundan əvvəl Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsində olub. O, rayonda karantin qaydalarının pozulmasına göstərilən biganəliyə görə vəzifəsindən çıxarılaraq DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdu.


Вернуться назад