Главная > Siyasət > Prezident: “Ermənistan ərazi bütövlüyümüzü sual altına qoysa, başqa seçimimiz qalmayacaq”
Prezident: “Ermənistan ərazi bütövlüyümüzü sual altına qoysa, başqa seçimimiz qalmayacaq”16-06-2022, 12:07. Разместил: admin |
“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını dəstəkləyirik. Azərbaycan Konstitusiyası ilə bütün əhalinin təhlükəsizliyi təmin edilir. Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali isə Azərbaycanda ən böyük etnik azlıq deyil”. Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. İlham Əliyev bildirib ki, Ermənistan hökuməti Qarabağda status məsələsini qeyd edir. “Bu, Ermənistanın özü üçün təhlükədir. Çünki “Dağlıq Qarabağ” yoxdur. Dağlıq Qarabağ Muxtar bölgəsi 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Bizim ərazilərimizdə administrativ strukturlar yoxdur. Ona görə də status məsələsinə istinad etmək yalnız yeni konfrontasiyaya doğru addımdır. Ermənistan tarixi yenidən yazmaq cəhdindən çəkinməlidir və bunu başa düşməlidir. Tarix artıq buradadır. Artıq statusdan danışılmır və danışılmayacaq. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq”, - deyən Prezident Azərbaycanın tarixi torpaqlarının, Zəngəzurun Ermənistana verilməsi tarixini xatırladıb. Вернуться назад |