Главная > Siyasət > Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb13-05-2022, 10:51. Разместил: admin |
Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda iştirak edir. İclasın gündəliyinə 9 məsələ daxildir. Bunlar aşağıdakılardır: 1. Beynəlxalq aktual məsələlər üzrə fikir mübadiləsi və MDB-də formatında əməkdaşlıq; 2. MDB XİN başçıları Şurasının növbəti iclasının keçirilməsi; 3. ”MDB-nin gənclər paytaxtı” beynəlxalq layihəsi haqqında; 4. 2021-ci ildə MDB çərçivəsində xarici işlər nazirlərinin çoxsəviyyəli məsləhətləşmələrinin reallaşması haqqında; 5. MDB-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın fəallaşması üzrə 2021-ci ilə qədər “Tədbirlər Planını”na reallaşması haqqında; 6. MDB-yə üzv dövlətlərin notariat fəaliyyəti sahəsinin təşkilinin əsasları haqqında; 7. MDB-də turizmin təşkilinin əsasları haqqında; 8. MDB-də fundamental tədqiqatların prioritet istiqamətləri üzrə perspektivli elmi layihələrin siyahısının layihəsi; 9. MDB-nin fərqlənmə nişanı ilə təltiflər haqqında. Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir. Вернуться назад |