Главная > Siyasət > Azərbaycan XİN Ermənistanda baş verənlərə münasibət bildirib
Azərbaycan XİN Ermənistanda baş verənlərə münasibət bildirib10-05-2022, 12:22. Разместил: admin |
Ermənistanda bu gün müəyyən mənada etirazlar var. Müxalifət etiraz edir, hökumətin dəyişdirilməsinə can atır. Apa xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bu, Ermənistanın daxili işidir. Nazir müavinin sözlərinə görə, görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. “Bu proses davam edir”, - Xələf Xələfov vurğulayıb. Вернуться назад |