Главная > Siyasət > “Əgər sülh müqaviləsi imzalanarsa, Qafqazda uzunmüddətli və davamlı sülh olacaq”

“Əgər sülh müqaviləsi imzalanarsa, Qafqazda uzunmüddətli və davamlı sülh olacaq”


29-04-2022, 12:01. Разместил: admin
“Əgər sülh müqaviləsi imzalanarsa, Qafqazda uzunmüddətli və davamlı sülh olacaq”


“İkinci Qarabağ müharibəsindən sonra ötən bu müddət ərzində Ermənistan, ümid edirəm ki, nəhayət, sülhün nə qədər vacib olduğunu anladı. Əgər sülh müqaviləsi imzalanarsa, məlum beş prinsip tətbiq edilərsə, Qafqazda uzunmüddətli və davamlı sülh olacaq”.

“Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycanın aydın şəkildə nümayiş etdirdiyi iradə Qafqazda sülhə töhfəmizin bəyan olunmasıdır.

“Biz Qafqazda quruculuq işləri görürük, resurslarımızı iqtisadiyyatımızı gücəndirmək üçün səfərbər edirik, çünki bunlar olmadan kifayət qədər vəsait ayırmaq mümkün olmayacaq. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təbliğ edirik”, –deyə Azərbaycan Prezidenti bildirib


Вернуться назад