Главная > Siyasət > “Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq”

“Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq”


29-04-2022, 11:45. Разместил: admin
“Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq”


“Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq”.

“Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Eyni zamanda, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev əlavə edib ki, ötən 30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan bu imkanları itirib, Cənubi Qafqaza inteqrasiya olunmayıb.


Вернуться назад