Главная > Siyasət > Nazir generalın qohumunu yüksək vəzifəyə təyin etdi
Nazir generalın qohumunu yüksək vəzifəyə təyin etdi27-04-2022, 12:20. Разместил: admin |
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. "Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur. Вернуться назад |