Главная > Siyasət > Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə verilmiş mənzillər özəlləşdiriləcək - FƏRMAN

Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə verilmiş mənzillər özəlləşdiriləcək - FƏRMAN


8-04-2022, 15:00. Разместил: admin
Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə verilmiş mənzillər özəlləşdiriləcək - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında fərman imzalayıb. 

Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir.

Həmin mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir.


Вернуться назад