Главная > Siyasət > Bakı Brüsseldə bu məsələni masaya qoya bilər
Bakı Brüsseldə bu məsələni masaya qoya bilər6-04-2022, 10:37. Разместил: admin |
Brüssel görüşündən bir gün öncə Zəngəzur yolunun İran ərazisindən keçəcək hissəsi ilə bağlı memorandumu təsdiqləyən Əliyev istisna deyil ki, Avropa masasında “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” prinsipini yenidən gündəmə gətirəcək. Dekabrda keçirilən Brüssel görüşündə qapalı müzakirələrdən öncə Əliyev bəyan etdi ki, Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir: Ermənistan Zəngəzurda gömrük postu quracaqsa, Azərbaycan da Laçında eyni addımı atacaq. Görüşün yekununda Zəngəzur dəhlizinin Ermənistanın istəyinə uyğun olaraq “yol məntiqi” ilə açılması üzərində razılaşma əldə olundu. Razılaşma praktiki mərhələyə keçmədiyi üçün Laçın dəhlizi məsələsi açıq qalır, lakin gündəmdən çıxmayıb. O cümlədən, Zəngəzur dəhlizi də gündəmdədir, kommunikasiyanın açılması razılaşması çərçivəsində reallaşacağı gözlənilir, lakin İrəvanın istədiyi “yol məntiqi” ilə. Hərçənd, Laçına gömrük postu qurulacağı təqdirdə, İrəvanın iqtisadi baxımdan daha əhəmiyyətli olan Zəngəzur yolunu bağlaması daşımalarda problemlərə yol aça və Bakının işini çətinləşdirə bilərdi. Azərbaycanın İranla anlaşması bu kontekstdə əhəmiyyətlidir: - Bakı Laçın dəhlizində gömrük postunun qurulmasını gündəmə gətirdikdə, Ermənistan Zəngəzur dəhlizinin onun ərazisindən keçən hissəsindən buna qarşı rıçaq kimi istifadə edə bilməyəcək; - Zəngəzur dəhlizi “yol məntiqi” ilə işləyəcəyi təqdirdə, Laçın dəhlizi də eyni rejimlə işləyəcək; - Rusiya buna qarşı çıxarsa, Ermənistanı “dəhliz məntiqi”nə məcbur etməlidir: Əliyevin dediyi kimi, “biz hər iki varianta açığıq”; Mümkündür ki, Brüssel görüşündə ilk görüşdəki anlaşmanın praktiki icrası da müzakirə olunacaq. Və İran ərazisindən alternativ əldə edən Bakının dəhlizlər məsələsinin müzakirəsində əli daha güclü olacaq. Вернуться назад |