Главная > Siyasət > Hikmət Hacıyev əhalinin Qarabağa qaytarılmasından danışdı
Hikmət Hacıyev əhalinin Qarabağa qaytarılmasından danışdı1-04-2022, 11:40. Разместил: admin |
"Hazırda işğaldan azad edilmiş ərazllərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək". "Report" xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək: "Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır". Вернуться назад |