Главная > Siyasət > Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib
Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib31-03-2022, 12:38. Разместил: admin |
Türk Dövlətləri Təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Təşkilatın tviter səhifəsində qeyd olunub: “31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birlikdə soyqırımı qurbanlarını yad edir və bir daha bildiririk ki, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”. Вернуться назад |