Главная > Siyasət > Deputatdan sərt çıxış: "Bu qaragüruçkalar ölkəmiz üçün erməni qədər təhlükəlidir"

Deputatdan sərt çıxış: "Bu qaragüruçkalar ölkəmiz üçün erməni qədər təhlükəlidir"


30-03-2022, 10:37. Разместил: admin
Deputatdan sərt çıxış: "Bu qaragüruçkalar ölkəmiz üçün erməni qədər təhlükəlidir"


"Gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Respublikası Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə hamısı bir texniki səhvə ilişib qalıb".  

Bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin sədri Sahibə Qafarovanın Almatı şəhərində keçirilən iclasda müzakirə mövzusu olan çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, texniki səhvə görə S.Qafarovanı qınayanları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır:

"Demək ki, çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç maraqlandırmır, düşünürlər ki, necə edək  ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq. Dünən bir ləyaqətsiz  Rusiya müdafiə nazirliyinin açıqlamasına istinad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gündə onunla eyni qafada olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan  xanımına qarşı təhqirə keçiblər. Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruhçular və qaragüruçkalar ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir".


Вернуться назад