Главная > Siyasət / Gündəm > Dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi müəyyənləşdi - FƏRMAN

Dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi müəyyənləşdi - FƏRMAN


28-03-2022, 14:31. Разместил: admin
Dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi müəyyənləşdi - FƏRMAN


Prezident İlham Əliyev icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 faiz, 2022-ci ilin sonuna isə 27,5 faiz müəyyən edilib.

Bundan başqa, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz müəyyən edilib.


Вернуться назад