Главная > Siyasət > Ermənistan Azərbaycanın təklif etdiyi prinsiplərini qəbul etməlidir - Türkiyə PA
Ermənistan Azərbaycanın təklif etdiyi prinsiplərini qəbul etməlidir - Türkiyə PA15-03-2022, 09:30. Разместил: admin |
Ermənistan əlaqələrin normallaşması üçün Azərbaycanın təklif etdiyi beş maddəlik baza prinsiplərini qəbul etməlidir. Trend xəbər verir ki, bunu TurkishWorld-a açıqlamasında Türkiyə Prezident Administrasiyasından bildiriblər. Administrasiyadan qeyd olunub ki , bu prinsiplər bölgədə sülhün və rifahın təmin olunması üçün ciddi təkandır və əslində Ermənistanın da maraqları daxilindədir. "Azərbaycanın təklif etdiyi "Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması" bəndi Ermənistan üçün çox önəmlidir" - deyə Türkiyə PA-dan bildirilib. Administrasiyadan o da bildirilib ki , Türkiyə bölgədə sülh və istiqrarın olması üçün Azərbaycanın atdığı bütün addımları hər zaman dəsətəkləyir. Qeyd edək ki, bu gün Azərbaycan Emənistanla əlaqələrin normallaşdırılması üçün 5 baza prinsiplərini açıqlayıb, bu prinsiplər aşağıdakılardır: - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; - Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; - Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; - Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; - Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən qeyd olunub ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Вернуться назад |