Главная > Siyasət > Baş nazir və Prezident Administrasiyasının rəhbəri Füzuli aeroportuna baxış keçirib

Baş nazir və Prezident Administrasiyasının rəhbəri Füzuli aeroportuna baxış keçirib


1-03-2022, 12:03. Разместил: admin
Baş nazir və Prezident Administrasiyasının rəhbəri Füzuli aeroportuna baxış keçirib


Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Füzuli Beynəlxalq Hava Limanına baxış keçirib.

Report xəbərinə görə, nümayəndə heyəti aeroportda yaradılan şəraitlə tanış olub.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov hava limanında görülən işlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanına, “Füzuli” yarımstansiyasına, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçiriləcək.

Yekunda Şuşa şəhərində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsi nəzərdə tutulur.


Вернуться назад