Главная > Siyasət > XİN rəhbəri: “199 Azərbaycan vətəndaşı Ukraynanı tərk edib”
XİN rəhbəri: “199 Azərbaycan vətəndaşı Ukraynanı tərk edib”25-02-2022, 14:09. Разместил: admin |
“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib. Məlumata görə, dünən və bu gün ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib. Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur. Вернуться назад |