Главная > Siyasət > NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq
NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq31-01-2022, 10:12. Разместил: admin |
NATO baş katibinin Rusiyadan tələbi həm də Cənubi Qafqazda "erməni faktoru"nu hədəfə alır və Qərbin separatizmi deyil, dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyir; Rusiya sülhməralı qüvvələri rəsmi Bakının tələb edəcəyi təqdirdə, ərazidən dərhal çıxarılmazsa, Xankəndi və ətraf bölgədə Azərbaycanın icazəsi olmadan yerləşdirilmiş hərbi kontingent statusu qazanmış olacaq... ABŞ və Qərbin Rusiya ilə qarşıdurması bəzi yeni maraqlı məqamların ön plana çıxmasıyla diqqəti çəkir. Son vaxtlara qədər unudulmuş hesab edilən bəzi ərazi mübahisələri növbəti dəfə aktuallaşdırılmağa başlayıb. Və bütün bunlar yaxın gələcəkdə Rusiya üçün müəyyən problemlər yarada bilər. Məsələ ondadır ki, Rusiya Ukraynanın Krım yarımadasının ilhaq edib və onu beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, öz ərazisinə qatıb. Son vaxtlara qədər belə təsəvvürlər var idi ki, Qərb siyasi dairələri Rusiyanın bu zorakı davranışına göz yumacaq və mümkün qədər tolerant yanaşmağa çalışacaq. Əslində, Qərbdə Krım yarımadasının ilhaq olunmasına siyasi məzmunlu etirazlar olsa da, hətta Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edilsə də, bu məsələni kəskin qarşıdurma mövzusuna çevirməkdən yayınmağa üstünlük verirdilər. 292035 Son vaxtlar isə Rusiya separatçıların nəzarətində olan Donbas üçün xüsusi status tələb etməyə başlamışdı. Kreml buna paralel olaraq, həm də Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bərpa etməyə cəhd göstərirdi. Və Rusiyanın bu davranışları isə həm Ermənistanda, həm də Xankəndi və ətraf bölgədə olan erməni separatçılarda yenidən keçmişə dönüş ümidləri yaratmışdı. Ancaq rəsmi İrəvanın və erməni separatçıların bu ümidləri çox tez boşa çıxdı. Qərb siyasi dairələri Rusiyanın separatizmi dəstəkləmə cəhdlərinə kifayət qədər sərt reaksiya verməklə, belə geri dönüş xəyallarının mənasız olduğunu təsdiqlədi. Və hətta separatizm meyllərinin müasir dünya üçün qəbuledilməz olduğunu da qabartdı. Buna misal kimi, NATO baş katibi Yens Stoltenberqin separatizm fəaliyyətinin geniş yer aldığı MDB məkanı üçün olduqca böyük əhəmiyyət daşıyan açıqlamasını göstərmək olar. Çünki həmin açıqlama Rusiyaya qarşı yönəlmiş olsa da, əslində, MDB məkanında mövcud olan separatizm fəaliyyətini də birbaşa hədəfə alır. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçıların narahatlıq keçirmələri üçün ciddi səbəblər mövcuddur. 292036 Məsələ ondadır ki, NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürüb. NATO baş katibi vurğulayıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxartmalıdır. NATO baş katibinin bu tələbi Rusiyanın MDB məkanında separatizmi dəstəklədiyinin açıq ifadə olunması anlamı daşıyır. Çünki, Rusiya qoşunları Ukrayna, Gürcüstan və Moldovada birmənalı şəkildə separatçıları müdafiə etmək vəzifəsini yerinə yetirir. Ona görə də, hesab etmək olar ki, əslində, NATO baş katibinin bu tələbi Ermənistanın, eləcə də, Xankəndi və ətraf bölgədəki erməni separatçıların da ümidlərini sıfırlayır. Çünki, son vaxtlar rəsmi İrəvan və Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərindəki erməni separatçılar Kremlin Donbas üçün status tələb etməsindən, eləcə də, Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpasına yönəlik cəhdlərindən uzaqgedən nəticələr çıxartmağa başlamışdılar. Və Rusiyanın Donbas separatçıları ilə yanaşı, Xankəndi və ətraf bölgədəki erməni separatçıları üçün də status mövzusunu aktuallaşdıracağına ümid bəsləyirdilər. NATO baş katibinin açıqlaması isə bu ümidlərin mənasız olduğunu göstərir. Çünki NATO-nun, eləcə də, Qərbin separatizmi dəstəkləmədiyi, dövlətlərin ərazi bütövlüyünü daha ön planda tutduğu təsdiqlənmiş olur. Digər tərəfdən, NATO baş katibinin Rusiyadan Ukrayna, Gürcüstan və Moldovada olan hərbi qüvvələrini çıxartmağı tələb etməsi yaxın perspektivdə Azərbaycanın maraqlarına da cavab verə bilər. Düzdür, bu tələbi hələlik məzmun baxımından, Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya edilən Rusiya sülhməramlı qüvvələrinə aid etmək mümkün deyil. Ancaq ermənilər rus sülməramlıların bölgədə müddətsiz qalmasında israr etsələr də, bunun mümkün olmayacağı artıq indidən məlumdur. NATO baş katibinin Rusiyaya yönəlik tələbi isə yaxın gələcəkdə bu məsələ ilə bağlı Azərbaycanın əlini daha da gücləndirə bilər. 292037 Məsələ ondadır ki, NATO baş katibinin tələbində “Rusiya, ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini... çıxartmalıdır” vurğusu da yer alır. Ona görə də, indiki halda, bu tələb Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları üçün hələlik aktual deyil. Çünki, həmin bölgədə rus sülhməramlı qüvvələri üçtərəfli anlaşma çərçivəsində, o cümlədən də, Azərbaycanın razılığı ilə yerləşdirlib. Ancaq rus sülhməramlıların bölgədə dislokasiya müddəti sona çatdıqdan sonra rəsmi Bakının onu uzatmaqdan imtina edəcəyi təqdirdə, vəziyyət ciddi şəkildə dəyişmiş olacaq. Yəni, Rusiya sülhməralı qüvvələri rəsmi Bakının istəyinə uyğun şəkildə ərazidən dərhal çıxarılmazsa, Xankəndi və ətraf bölgədə Azərbaycanın icazəsi olmadan yerləşdirilmiş hərbi kontingent statusu qazanmış olacaq. Bu halda, NATO baş katibinin tələbi Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycan üçün də aktual xarakter daşımağa başlayacaq. Və bu baxımdan, rəsmi Bakı yaxın perspektivdə NATO baş katibinin tələbindən Azərbaycanın maraqları çərçivəsində yararlanmaq şansı qazana bilər. Göründüyü kimi, NATO baş katibinin tələbi əslində, Azərbaycanın perspektiv maraqları baxımından, olduqca önəmli məzmun daşıyır. Bu tələbi müəyyən mənada, Cənubi Qafqazda "erməni faktoru"na ağır zərbə kimi də dəyərləndirmək olar. Çünki, Ermənistanda nəhayət ki, Qərbin sepratizmi dəstəkləməyəcəyinu anlamağa məcburdurlar. Bunu nə qədər tez anlasalar, Ermənistanın geopolitik reallıqlar ilə barışıb, mövcud şərtlər çərçivəsində davranması da asanlaşa bilər. Və bu baxımdan, NATO baş katibinin tələbindən rəsmi İrəvanın, eləcə də, erməni separatçıların məmnun qalmayacağı qətiyyən şübhə doğurmur. Mənbə: Musavat.com Вернуться назад |