Главная > Siyasət > Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi
Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi27-01-2022, 11:38. Разместил: admin |
Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib. Unikal verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, R.Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar Seyidovdur. Xatırladaq ki, Rasim Mustafayev müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır. O, bir neçə gün öncə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü. Вернуться назад |