Главная > Siyasət > Paşinyan Azərbaycan və Türkiyə ilə yolların açılmasının əhəmiyyətindən danışdı
Paşinyan Azərbaycan və Türkiyə ilə yolların açılmasının əhəmiyyətindən danışdı25-01-2022, 11:39. Разместил: admin |
“Biz Ermənistan-Türkiyə sərhədinin açılmasından danışanda ancaq Ermənistan və Türkiyəni düşünürük, ancaq Ermənistandan, Türkiyədən, Azərbaycandan keçəcək tranzit, bunun hansı iqtisadi nəticələr verəcəyini, nə qədər iş yerinin açılacağını düşünməliyik”. “Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, ola bilsin ki, hansısa seqmentdə bu gün mövcud olan məhsullar rəqabət qabiliyyətini itirəcək: "Amma dəmir yolu və yollar açılsa, hansı yeni seqmentlər yaranacaq? Bu gün Ermənistanda mis əritmə zavodunun tikintisi əsas vəzifə olaraq qalır. Bunun üçünsə kommunikasiyalar, zavodlar böyük əhəmiyyət kəsb edir və bu baxımdan sərhədin və dəmir yolunun açılması Ermənistanın investisiya cəlbediciliyini artıracaq. Naxçıvan-Azərbaycan timsalında dediyim kimi, istərdim ki, Türkiyə ilə sərhədlərin açılması məsələsi də bu kontekstdə nəzərdən keçirilsin”. Azərbaycan və Türkiyə yollarına açılmasından danışan Paşinyan bunları deyib: “Biz Avropa ilə dəmir yolu əlaqəsi əldə edirik və kimsə bunun müsbət nəticələrini hesablayıb. Əgər biz öz məhsullarımızı dəmir yolu ilə Avropaya ixrac etməyə çalışsaq, bunun maya dəyərinə hansı müsbət təsiri olacaq? Biz hesablamışıq və bunun mütləq müsbət təsiri olacaq”. Вернуться назад |