Главная > Siyasət > Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - YENİLƏNİB
Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - YENİLƏNİB19-01-2022, 12:17. Разместил: admin |
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda təqaüdə göndərilən general Səfər Əliyevin yeni vəzifəsi barədə açıqlama verib. DİN-dən bildirilib ki, general nazirlikdə mülki baş məsləhətçisi vəzifəsində xidməti davam etdirəcək. *** Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib. Lent.az verdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib. Вернуться назад |