Главная > Siyasət > Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi

Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi


19-01-2022, 10:38. Разместил: admin
Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi


Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

Lent.az verdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri  təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.


Вернуться назад