Главная > Siyasət > Azərbaycan XİN Qazaxıstana başsağlığı verib
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib10-01-2022, 09:26. Разместил: admin |
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib. "10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq", - tvitdə qeyd olunub. Вернуться назад |