Главная > Siyasət / Gündəm > Elman Yəhyayev: Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
Elman Yəhyayev: Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir3-07-2020, 01:19. Разместил: admin |
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev - Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir Dünyanı cənginə alan koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, mümkün qədər az itkilərlə bu mürəkkəb vəziyyətdən çıxmaq məqsədilə dövlətimiz ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlərin görülməsinə başlamış, bu tədbirlər hazırda davam etməkdədir. Görülmüş bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə xəritə bütövlüyünün bərpa ediləcəyi günün ərəfəsindədir. Xalqa sevgi, dövlətçiliyə sədaqət buna qadirdir. Ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir... Nəsimi rayonunda abadlıq işləri davam etdirilirBakı şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Hazırda Moskva prospekti boyunca 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri davam etdirilir, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılır, görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə təmizlik işləri aparılır, yeni yaşıllıq zolaqları salınır. Görülmüş işlər çərçivəsində 1200 kv.m-dən artıq qazon örtüyü vurulmuş, 500 kv.m-dən artıq səki daşları yenilənmiş, 250 p/m yeni bardür quraşdırılmış, yaşılııqların sulanması üçün 1000 kv.m-ə yaxın yeni su xəttləri çəkilmişdir. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayevdir. Elman Yəhyayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Elman Yəhyayev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar. Elman Yəhyayev yüksək insanlığı ilə seçilən bir insan və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisidir! Elman Yəhyayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Elman Yəhyayev özünü doğruldub. Bizdə hörmətli Elman Yəhyayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Вернуться назад |