Главная > Siyasət > Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prosesi başlanır

Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prosesi başlanır


8-12-2021, 13:51. Разместил: admin
Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prosesi başlanır


Azərbaycan və Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesinə başlanması məqqsədi ilə Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələri Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsi ilə  Erebuni hərbi hava limanına enib.

“Hraparak” xəbər verir ki, rusiyalı nümayəndə heyəti Ermənistan tərəfinə demarkasiya məsələsində yardımçı olacaq.  Mətbu orqanın yazdığına  görə, bu həftə demarkasiya və delimitasiya prosesinə başlanacaq.

“Hraparak”ın yazdığına görə, delimitasiya və demarkasiya komissiyasının erməni tərəfindən nümayəndələrinin kim olacağı hələlik məlum deyil. Komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək. 


Вернуться назад