Главная > Siyasət / Gündəm > Adil Əliyev: Prezident İlham Əliyev müdrikliyini, qətiyyətini, Azərbaycanın milli maraqlarının onun üçün əsas məsələ olduğunu dünyaya bir daha nümayiş etdirdi
Adil Əliyev: Prezident İlham Əliyev müdrikliyini, qətiyyətini, Azərbaycanın milli maraqlarının onun üçün əsas məsələ olduğunu dünyaya bir daha nümayiş etdirdi1-12-2021, 13:47. Разместил: admin |
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin sədr müavini Adil Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin sədr müavini Adil Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Adil Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin sədr müavini Adil Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin sədr müavini Adil Əliyev - Soçi görüşü Azərbaycanın növbəti qələbəsidir. Son illər Azərbaycanın beynəlxalq arenada uğurları silsilə xarakteri daşıyaraq prezident İlham Əliyevin parlaq daxili-xarici siyasətinin məqsədyönlü, məntiqi nəticəsi kimi dəyərləndirilir. 2019-cu ildən başlayaraq qısa müddət ərzində bütün ölkələri bürüyüb ağır zyanlar vuran koronavurus bəlası Azərbaycandan da yan keçmədi. Lakin bir çox ölkələrdən fərqli olaraq Azərbaycan nisbətən az ziyanla fəlakətdən yaxa qurtara bildi. Azərbaycan prezidentinin qabaqlayıcı tədbirləri ölkəmizdə bu xəstəlikdən ölüm hallarının minimum səviyyəyə düşməsi ilə nəticələnir. Bütün dünya bu fəlakətlə çırpışdığı zamanda Azərbaycan erməni təxribatlarına son qoymaqdan ötrü Ermənistanla müharibəyə başlamalı oldu. Tarixə 44 günlük müharibə adı ilə yazılan savaş müzəffər baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqlının parlaq qələbəsiilə başa çatdı. Qısa müddət ərzində qeyri adi qəhrəmanlıqrar göstərən Azərbaycan ordusu 540-a qədər şəhər, qəsəbə və kəndləri 30 illik əsarətdən xilas etdi. Bu günlərdə Azərbaycan xalqı öz rəhbəri ilə tarixdə indiyə qədər görünməyən dərəcədə birlik- vəhdət göstərərək dünya liderlərini düşünməyə öz konsepsiyalarına, hərbi strategiyalarına yenidən baxmağa məcbur etdi.Вернуться назад |