Azərbaycan 46 ildən sonra dünən bunu etdi - FOTO
- 18-11-2021, 11:08
- Siyasət
- 0
- 177
10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyası üçün əsas götürülən xəritənin 1975-ci ilə məxsus olduğu bildirilirdi.
Doğrudur, bununla bağlı rəsmi deyil, daha çox qeyri-rəsmi informasiyalar, Kremlə yaxın media orqanlarının məlumatları tirajlanırdı.
Azərbaycan və Ermənistana aid sərhədləri göstərən xəritəyə baxanda hər şey aydınlaşır.
Xəritəyə əsasən:
Qazaxın yeddi kəndi və Naxçıvandakı Kərki kəndi heç də eksklav görünmür. Azərbaycanın əsas hissəsinə birbaşa bağlıdır.
Deməli, bu xəritə ilə məsələ birdəfəlik həll ediləcək. Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi Azərbaycan ərazilərinə birbaşa (ətraf ərazilərlə) birləşdiriləcək. Bu da o deməkdir ki, arada rusiyalı sülhməramlıların post qurmasına, keşik çəkməsinə ehtiyac qalmayacaq.
Üstəlik, dünən Ermənistan ordusunun silsilə təxribatından sonra nəzarəti bərpa etdiyimiz Kəlbəcər və Laçın istiqamətindəki yüksəkliklər və torpaqlar da 1975-ci il xəritəsinə əsasən Azərbaycanın suveren torpaqlarıdır. Ermənistan isə dünən itirdikləri yüksəklikləri "ərazi itkisi" kimi qələmə verir. Baş nazir Nikol Paşinyanın timsalında həmin yüksəklikləri öz ərazisi kimi təqdim etməyə çalışır. Təbii ki, bütün bunlar cəfəngiyatdır.
Həmin dövrün məlumatlarında Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr deyil, 87,1 min kvadrat göstərilir. Deməli, 1975-1991-ci illər ərzində ermənilər əkin, otlaq və örüş yerləri adı altında Azərbaycandan icarəyə götürdüyü 0,5 min kvadrat kilometrlik bir ərazini "özününküləşdirə" bilib.
1992-ci ilin 2 martında Azərbaycan BMT-yə üzv qəbul edilərkən o zamankı Ayaz Mütəllibov haklimiyyətinin başısoyuqluğu ucbatından bu məsələ - (0,5 min kvadrat kilometrlik ərazi) unudulub və BMT Azərbaycan ərazilərini 1991-ci il xəritəsinə əsasən tanıyıb. Təbii ki, bu ozamankı Azərbaycan iqtidarı üçün bağışlanılmaz bir səhv idi.
İndi isə 44 günlük Vətən Müharibəsinin qalib tərəfi olan Azərbaycan 46 ildən sonra ermənilərin özününküləşdirməyə çalışdığı və heç bir sənəd imzalamadan öz adına çıxdığı tarixi və suveren ərazilərini öz tərkibinə qaytarırır. Bir sözlə, haqq-ədalət öz yerini tapır.(publika.az)