Növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşdü
- 5-08-2021, 12:55
- Siyasət
- 0
- 206
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.
Yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb.
Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 160 nəfər yanğınsöndürən daxildir.
Qeyd edək ki, qrupa daxil olan 1 ədəd BE-200ÇS" tipli amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb.
Yardım karvanının yola salınmasına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib.