Azərbaycan Türkiyəyə helikopterlər, 500 nəfər şəxsi heyət göndərir - RƏSMİ
- 30-07-2021, 12:35
- Siyasət
- 0
- 196
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.
Bunu Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla arasında telefon danışığı olan zaman deyib.
Həmçinin bildirilib ki, göndərilən yardımların arasında helikopterlər, digər lazımi avadanlıq və ləvazimatlar yer alıb.