» » “Ermənistan sülhməramlıların missiyasının uğursuz olduğunu göstərməyə çalışır”

“Ermənistan sülhməramlıların missiyasının uğursuz olduğunu göstərməyə çalışır”

“Ermənistan sülhməramlıların missiyasının uğursuz olduğunu göstərməyə çalışır”


Son günlər Ermənistanın dövlət sərhədindən Naxçıvana, Gədəbəyə, Kəlbəcər və Tovuz rayonlarında yerləşən bölmələrimizə atəş açması, Rusiya sülhməramlılarının xidmət etdiyi Azərbaycan ərazilərindən hərbçilərimizə qarşı silahdan istifadə etməsi bu ölkənin regionda yalnız təxribat törətməkdə maraqlı olduğunun bariz nümunəsidir.

“Qafqazinfo” xəbər verir ki, Ermənistanın bu addımları Azərbaycan cəmiyyətində də müzakirələrə səbəb olur və haqlı narazılıqlar yaranır, ictimaiyyət rəzil durumdan çıxmağa çalışan bir dövlətin belə şıltaq addımlarına sərt cavab verilməsini tələb edir.

Ermənistanda sərhəddə və Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirilir.

Ermənistan vəziyyəti gərginləşdirməklə məqsədi Azərbaycanı cavab addımlarına təhrik etməkdir ki, daha sonra bundan istifadə edib beynəlxalq görüşlər zamanı Azərbaycanı günahlandırmağa saxta əsaslar yaratsın. Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır. Ermənistanın təxribatları eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlib. Ermənistan bu təxribatlarla onların missiyasının uğursuz olduğunu göstərməyə çalışır.

Lakin müharibədən öncə də Ermənistanın tutduğu bu yol heç də ona başucalığı və uğur gətirmədi. Buna görə də belə təxribatlar Ermənistan üçün heç də yaxşı olmayan nəticələr vəd edir. Azərbaycanın noyabrın 9-u gecə saatlarında Ermənistan və Rusiya ilə birgə imzaladığı müharibəni dayandırmaq haqqında üçtərəfli müqavilə heç də dövlətin hüquq-mühafizə orqanlarının ölkənin daxilindəki sabitliyi pozan şəxslərə qarşı tədbir görməyəcəyi anlamına gəlmir və gəlməməlidir.

Belə ki, Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların qarşısını almaq üçün 2020-ci ilin dekabrında Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər bir atəşkəsin pozulması halı ilə bağlı araşdırma aparılmalıdır:

“Dəqiq açıqlama verilməlidir ki, bu nə məsələdir və atəşkəsi pozan hansı qurumdur. Əgər quldurbaşı Arayik Arutyunyana ya da Balakanyana aid olan qruplaşmalardırsa, onda qeyri-qanunidir. Bu zaman onlara qarşı anti-terror əməliyyatları keçirilməlidir. Bu əməlin də cavabını ilk növbədə həmin ərazidə öz funksiyasını yerinə yetirən sülhməramlılardan soruşmaq lazımdır. Türkiyə və Rusiya monitorinq mərkəzinin də birmənalı şəkildə cavabı olmalıdır ki, bu proseslərə rəvac verən səbəblər nədir. Bu məsələ onlar tərəfindən araşdırılmalıdır.

Fotoda: Arzu Nağıyev



Digər məsələ də budur ki, revanşist qüvvələr hələ də qalmaqdadır. Həm Sarkisyanın, həm də Köçəryanın seçkidəki məğlubiyyəti o deməkdir ki, Paşinyan hakimiyyəti inaqurasiyadan sonra onlara qarşı müəyyən addımlar atacaq. Buna görə də nəyin bahasına olur olsun, onlar son nəfəsinə kimi öz inhisarlarında olan hərbi qüvvələrdən istifadə edəcəklər. Bu həm Şuşa istiqamətində, həm Naxçıvan istiqamətində, həm Tovuz və digər şəhərlər istiqamətində özünü biruzə verməkdədir. Onların birmənalı olaraq araşdırılaraq konkret olaraq cavabları verilməlidir. Bu cavabdan sonra artıq müəyyən nəticələr çıxarmaq olar”.

A.Nağıyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ciddi cəhdlə yenidən 30 illik deklorativ bəyanatları ilə bağlı müəyyən addımlar atmaq istəyirlər: “Bunu da nəzərə almaq lazımdır. Əgər doğrudan da orada müəyyən silahlılar qalıbsa, bu artıq Azərbaycan dövlətinə qarşı anti-terror aktı törətməkdir. Düşünmürəm ki, sülhməramlılar uğursuz fəaliyyət göstərir, amma ermənilər düşünür ki, orada başqa sülhməramlılar yerləşdirilməyəcək, ona görə belə addımlar atırlar. Ermənilərin bu cür təxribatçı əməllərinin Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi baş verməsi də maraq doğurur. Ümumiyyətlə, ermənilərdə belə bir dəsti-xətt var ki, böyük görüşlər öncəsində bu proseslərə daim imza atıblar. Lakin düşünürəm ki, bu, Azərbaycanın daxili işidir. Sərhəd məsələsi ilə bağlı razıyam ki, beynəlxalq qurumlara müraciət edə bilərlər. Amma Şuşa ətrafında və Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir. Bu proseslər Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Azərbaycan sərhədləri çərçivəsində baş verir. Bizim öz ərazimizdə əməliyyat keçirməyə kifayət qədər imkanımız da var”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya