"Azərbaycan Türkiyənin qırmızı xəttidir" - Lavrov-Çavuşoğlu görüşünün ŞƏRHİ
- 1-07-2021, 13:58
- Siyasət
- 0
- 224
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə Rusiya XİN başçısı Sergey Lavrov arasındakı görüşdə bizi daha çox maraqlandıran post-müharibə dövründə Ermənistan-Azərbaycan arasındakı münasibətlər, Cənubi Qafqazda gələcək əməkdaşlığı perspektivlərinin müzakirə olunaraq ortaq məxrəcə gəlinməsi idi və bu baxımdan görüşü uğurlu hesab etmək olar.
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Lavrovun görüşün yekunu olaraq verdiyi açıqlamalar Moskva Ankara ilə birgə Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi istiqamətində sıx əməkdaşlığın yaradılmasında maraqlı olduğunu bildirib.
“O baxımdan Rusiya XİN başçısının bu açıqlamaları onu göstərir ki, bir neçə məsələ özləri üçün daha yaxşı aydındır:
Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Artıq regionda Türkiyə də var və Rusiya onunla hesablaşmağa məcburdur.
İkincisi, Azərbaycan Türkiyənin qırmızı xəttidir və o xətti tapdamaq olmaz.
Üçüncüsü, əgər Rusiya Ermənistanı mövcud durumdan xilas etmək istəyirsə həm Türkiyə, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır.
Dördüncüsü, Zəngəzur dəhlizinin açılması və kommumikasiyaların qurulması sanksiyalar səbəbində çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də 3+3 formatında təklif edilmiş platforma daha məntiqəuyğundur.
Nəhayət, Lavrovun çıxışından belə qənaətə gəlmək olar ki, Rusiya indi daha çox regionda mövqeyini qorumağa çalışır”, - politoloq qeyd edib.