» » Deputat: “Dövlət məmuru öncəliklə insanla, vətəndaşla danışmağı öyrənməlidir"

Deputat: “Dövlət məmuru öncəliklə insanla, vətəndaşla danışmağı öyrənməlidir"

Deputat: “Dövlət məmuru öncəliklə insanla, vətəndaşla danışmağı öyrənməlidir"


“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır.
"Bunu Milli Məclisin növbədənkənar sessiyasında millət vəkili Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır:

“Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, siz bunu 3 dəfə qaldırmısınız daha bunu qaldırmayın. Bura onun yeri deyil.  Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir.

Mənim qaldrıdığım məsələləri seçicilərim müəyyən edir. Seçicim gəlir mənə müraciət edir ki, I Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyir baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın”.

Deputat qeyd edib ki, ölkə başçısının sərəncamı olsa da, icra olunmur: "Soruşuram niyə icra olunmur. Cənab Prezidentin Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncamının icra olunmamasının səbəbi nədir, niyə yaradılmır”.

Deputat bildirib ki, bu sözlərinin müəllifləri kim olduğunu anladı: “Dövlət məmuru öncəliklə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət  etsinlər. Əgər nəticə çıxarmazlarsa, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya