» » Binəqədi Bələdiyyəsi tərəqqi yolunda

Binəqədi Bələdiyyəsi tərəqqi yolunda



























Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə planlı, düşünülmüş və mütəşəkkil formada regional siyasətin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmiş, demokratik proseslərə güclü təkan vermiş, o cümlədən vətəndaşlarımızın yerli səviyyədə idarəetmədə, həmin səviyyədə qərarların qəbul edilməsi prosesində birbaşa iştirak etməsi üçün əlverişli şərait yaratmışdır.

Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər.

Ötən dövr ərzində bir çox bələdiyyə yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplamış, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası digər mühüm əhəmiyyətli məsələlərlə yanaşı bələdiyyələrin yaradılması və statusunu ayrıca olaraq təsbit etmişdir. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılmış, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Zənnimcə, bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutmuş, bir çox ərazilərdə yerli əhalinin nüfuzunu qazana bilmişdir. Lakin, ölkəmizin sürətli inkişafı, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar bələdiyyələrimizin də fəaliyyətinin bu inkişafa və islahatlara uyğun gücləndirilməsini, əhatə etdikləri ərazilərdə yaşayan vətəndaşların sosial sifariş və tələbatlarının tam ödənilməsini, onlara daha keyfiyyətli xidmətlərinin göstərilməsini və ümumilikdə, vətəndaşlara daha da yaxın olmasını zəruri edir.

Bununla yanaşı, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid olan dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yarada, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil edə, şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.

Ölkə qanunvericiliyinə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ vardır. Həmin müəssisələrdən bələdiyyələr mənfəət vergisi yığır, bunun hesabına yerli büdcəyə vəsait daxil olur, bələdiyyələrin maliyyə imkanları və iqtisadi potensialı artır. Ötən dövr ərzində ölkəmizdə 40-dan çox bələdiyyə müəssisəsi fəaliyyət göstərirdi, onların sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalıfəaliyyəti və s. var idi.

Hazırda bu istiqamətdə bələdiyyələr fəallıq göstərməyə başlayıb, az da olsa yeni bələdiyyə müəssisləri və xidmət sahələri, məsələn dizayn və təmir-tikinti, balıqçılıq, mineral su istehsalı və s. müəssisələr yaradıblar.

Bələdiyyələrin səmərəli fəaliyyətinin digər bir şərti isə onların seçkili olmasıdır. Yerli özünüidarəetmə orqanlarının dövlət qurumlarından fərqi məhz seçkili olmaları ilə əlaqədardır. Ölkəmizdə bu günə qədər dörd bələdiyyə seçkiləri keçirilib. İlk iki seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmamışdır. Təbii ki, bu işlə məşğul olmaq üçün bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə, yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında təsəvvürə malik olmamışlar.

Binəqədi rayon Bələdiyyəsi ölkə prezidentinin apardığı daxili islahatlarını və daxili-xarici   siyasətini hər zaman  dəstəkləyir və qarşıya qoyulan  tapşırıqları vaxtı-vaxtında icra etməyə çalışır. 


Mürsəl Eminov 

Binəqədi bələdiyyəsinin sədri 





Hacı Ruslan Həsənov

Təsisçi və baş redaktor

Tel.:  051-516-27-26
 





  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya