» » 28 May Respublika gününüz mübarək!

28 May Respublika gününüz mübarək!



































Dəyərli Azərbaycan xalqı!

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
 28 may 1918-ci il tarixində Qafqazda ilk demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.
 Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
 Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ verilib , qadın–kişi bərabərliyi təmin edilib, milli ordu, milli pul və demokratik dövlətin bütün qurumları yaradılıb.
 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 701 gün fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə “Azərbaycan Xalq Cümhuriyyətinin” varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi.

1993-cü ildə əldə edilən müstəqillik yenədə təhlükə altında idi. Belə vəziyyətdə xalq özüün xilaskarı Heydər Əliyevə müraciət etdi və o, xalqın təkidi ilə hakimiyyətə gəlməyə razılıq verdi. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan Respublikası öz müstəqilliyini, suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Ümummilli Liderin layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi, və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər həyata keçirilir. Müstəqilliyi və ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Azərbaycan Ordusu regionun güclü orduları sırasında yer almışdır. 

Sizi Müstəqil, demokratik, suveren, hüquqi Azərbaycan dövlətinin qurucusu və banisi, dahi şəxsiyyət Heydər Əliyevin şah  əsəri olan yeni Azərbaycan dövlətinin 28 May Respublika Günü qeyd olunur. Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutan Ali Baş Komandan, iki əsrin Sərkərdəsi Prezident İlham Əliyev diplomatik fəaliyyəti ilə 28 May Respublika Gününün böyük təntənəsini işğaldan azad olunan cənnət Qarabağımızda və qəsri-qalamız, Xan  qızı Natəvan yurdu Şuşamızda qeyd olunması böyük Sərkərdənin Azərbaycan xalqına, millətinə və dövlətinə olan Heydər Əliyev nəsihətinin böyük hədiyyəsi oldu. 

Qələbən mübarək Azərbaycan! 

Emin müəllim

Vətənpərvər iş adamı



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya