» » Prezident İsrail-Fələstin münaqişəsindən danışıb

Prezident İsrail-Fələstin münaqişəsindən danışıb

Prezident İsrail-Fələstin münaqişəsindən danışıb


“Bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik. Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq”.

“Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bəzi hallarda bu qətnamələr bir neçə günə icra olunur: “Bizə gəldikdə isə onlar 27 il ərzində, ümumiyyətlə, icra olunmadı. Biz ərazi bütövlüyümüzü bərpa edərək onları özümüz icra etdik. Əlbəttə ki, biz həmişə mübahisələrin sülh yolu ilə həllini təşviq edirik. 

Əlbəttə, Yaxın Şərqdə gərginliyin azaldılması hesab edirəm, beynəlxalq birliyin marağındadır. Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur. İki dövlət əsasında həll, gərginliyin azaldılması, sülh danışıqları və həlli tapmaq üçün səmimi istək. Həlli tapmaq çətindir. Bizim vəziyyətdə də həlli tapmaq çətin idi. Lakin hesab edirəm ki, beynəlxalq birliyin və əlbəttə ki, supergüclərin birgə səyləri... 

Əlbəttə ki, Azərbaycan böyük ölkələr arasındakı münasibətlərə təsir göstərə bilən ölkə deyil, lakin Qoşulmama Hərəkatının sədri olaraq biz üzv ölkələrinin konsolidasiya olunmuş mövqeyini müdafiə edəcəyik. Baş Assambleyanın sammitində mən Qoşulmama Hərəkatının sədri olaraq çıxış etdim və mənim nitqim bütün üzv dövlətlərlə razılaşdırılmışdı. Odur ki, bu məsələdə yanaşma eyni olacaq”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya