Səfir: “Xarı bülbül hər bahar şəhidlərimiz üçün açılacaq və ətrini bütün Türk dünyasına yayacaq”
- 3-05-2021, 15:23
- Siyasət
- 0
- 278
“44 günlük Vətən müharibəsi möhtəşəm qələbə ilə başa çataraq qədim Azərbaycan torpağı olan Qarabağda ermənilərin otuz ilə yaxın işğalına son verildi.Bu zəfər Türkiyədəki vətəndaşlarımızı, eləcə də Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Türkiyə bu vətən müharibəsində qardaşlığının tələblərini yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı”.
Bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı deyib.
Səfir bildirib ki, müharibənin əvvəlindən sonuna qədər qardaşı ilə birlikdə durdu, dosta və düşmənə qarşı birlik gücünü nümayiş etdirdi:
“İnanırıq ki, bundan sonra Qarabağdakı Xari bulbul hər bahar şəhidlərimiz üçün açılacaq və ətirlərini Qafqazın incisi olan Qarabağdan bütün Türk dünyasına yayacaqdır.
Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi “Türkiyə dünən olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da davam edəcəkdir. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıtmayacaq. " İki dövləti əl-ələ verərək, çiyin-çiyinə və arxa-arxaya bir millətin şüarı ilə birləşdirəcəyik və bütün çətinlikləri dəf edərək ölkələrimizi inkişaf etdirəcəyik”.