» » "Rusiya Azərbaycan icmasının Xankəndidə ofis açmasına mane ola bilməz, çünki...”

"Rusiya Azərbaycan icmasının Xankəndidə ofis açmasına mane ola bilməz, çünki...”

"Rusiya Azərbaycan icmasının Xankəndidə ofis açmasına mane ola bilməz, çünki...”


"Xankəndidə Azərbaycan parlamentinin həmin şəhər üzrə deputatının, eyni zamanda Qarabağın Azərbaycanlı icmasının rəhbərinin ofisinin yaradılması məsələsinin həlli kifayət qədər realdır. Çünki buna Rusiya da qarşı çıxa bilməz. Və hesab edirəm ki, buna beynəlxalq dəstək də əldə etmək asandır. Ona görə ki, əgər məqsəd sülh, barışıq əldə etməkdirsə, icmalar arasında ünsiyyət, kontakt yaratmaqdırsa, buna hər hansı ölkə və ya beynəlxalq təşkilat tərəfindən əngəl yaradılması da qəbulolunmazdır...”
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri politoloq Sülhəddin Əkbər Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Xankəndinin deputatı Tural Gəncəliyevin Xankəndidə ofis binası axtardığına dair açıqlamasına və Ermənistanın, eləcə də Qarabağdakı separatçı xuntanın buna  reaksiyasına münasibət bildirərkən söyləyib.  

“Müharibədən əvvəl də beynəlxalq təşkilatlar daim hay qaldırırdılar ki, Qarabağdakı Azərbaycan və erməni icmaları arasında əlaqələr, münasibətlər qurulmalıdır. Bunun da ən real yolu Qarabağdakı Azərbaycan icmasının rəhbərinin, ardınca da şərait yarandıqca müharibə zamanı oradan köçkün düşmüş soydaşlarımızın Xankəndidə yerləşməsidir”.  

S.Əkbər “Hələlik  Yuxarı Qarabağ tam Azərbaycanın yurisdiksiyasına keçənədək Xankəndindəki nümayəndəliyimizin təhlükəsizliyi necə təmin olunmalıdır” sualını da cavablandırıb.

“Azərbaycan icma rəhbərinin və onun başçılığıyla yaradılacaq nümayəndəliyin təhlükəsizliyini yalnız Rusiya hərbçilərinə etibar etmək olmaz. Burada Azərbaycan və Türkiyənin də iştirakı vacibdir. Yeri gəlmişkən, bir məsələni vurğulayım ki, bizim  məcburi köçkün soydaşlarımızın Xankəndi ilə yanaşı, Dağlıq Qarabağ və Laçın dəhlizi ətrafındakı ərazilərə köçürülməsi başlanan kimi onların təhlükəsizliyi məsələsini həll etməliyik. Bunu yalnız Rusiya ordusuna həvalə etməməliyik. Həmin ərazilərdə daimi yaşayacaq vətəndaşlarımızın təhlükəsizliyinin təminatında Azərbaycan və Türkliyə hərbçiləri də mütləq iştirak etməlidir”- deyə politoloq vurğulayıb. (Moderator.az)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya