» » Qarabağ Azərbaycanın əzəli və qədim torpağıdır!

Qarabağ Azərbaycanın əzəli və qədim torpağıdır!

Həmin gün artıq yeni Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olaraq yaddaşlara həkk olundu. Həmin gün 30 ilə yaxındır ki, həsrətlə gözlədiyimiz, bəlkə də bəzilərinin artıq gözləməkdən də əl çəkdiyi müjdəli xəbərin gəldiyi gündür. Həmin gün Azərbaycanın qanayan yarası, Qarabağın incisi, mədəniyyət beşiyimiz Şuşamızın işğaldan azad olunduğu gündür.
Hər bir azərbaycanlı, Şuşanın işğaldan azad edilməsi xəbərini illərdir ki gözləyir. Qarabağlı ya da Şuşalı olub-olmamasından asılı olmayaraq 8 noyabr tarixi bundan sonra hər birimiz üçün əlamətdar gün olacaq. Çünki biz bilirik ki, Şuşa adi torpaq parçası deyil. Şuşa Azərbaycanın mədəni rəmzidir və bütün Azərbaycan xalqının kimliyinin ayrılmaz parçasıdır.
Ölkə başçımız Ali Baş Komandan İlham Əliyev bu xəbəri Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan xalqına müraciətində dedi. Əlbəttə ki, bu da əbəs deyil. Çünki Vətənin hər bir qarışının azad edilməsi əsgərlərimizin, zabitlərimizin, şəhidlərimizin canı, qanı bahasına başa gəlir. Ölkə başçısı da çıxışında bunu xüsusilə vurğulayaraq demişdir: “Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.
Bəli, biz hər birimiz onlara minnətdarıq. Vətən müharibəsinin qəhrəmanları məhz onlardır. Onu da qeyd etmək istəyirəm ki, bu müharibə Azərbaycan xalqının lazım gələrsə bir yumruq kimi necə birləşdiyini də əyani göstərdi. Azərbaycanda yaşayan hər bir kəsin milliyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq Vətən uğrunda canından keçməyə hazır olduğunu göstərdi. Bugün şəhidlərimiz arasında milliyəti azərbaycanlı olmasa da qəlbi Azərbaycanla döyünən rus, yəhudi və digər etnik mənsubiyyəti fərqli olan vətəndaşlarımız da var. Biz onların hər biri ilə fəxr edirik. Azərbaycan xalqı öz övladları ilə fəxr edir.
Şuşanın azad edilməsi xəbərinin elan olunmasından saatlar sonra bu xəbəri qeyd etmək üçün ölkənin dörd bir tərəfində insanlar küçələrə axışdı. Hər kəs sevincini fərqli şəkillərdə göstərdi. Və yenə də xalqımız öz kədərini bölüşdüyü kimi, öz sevincini də bölüşmək üçün Şəhidlər xiyabanına axın etdi. Amma bu dəfə hər şey daha fərqli idi.  Bu dəfə xalqımız illərdir başı aşağı ziyarətinə gəldikləri Şəhidlər Xiyabanına başı dik gəldi. Çünki şəhidlərimizin intiqamı alındı. Onların qanları yerdə qalmadı. Şəhidlərimizin uğruna canlarından keçdikləri Vətən torpaqları artıq azadlığına qovuşur. Bugün nəhayət Şəhidlərimizin, Ulu Öndərimizin ruhu şaddır!
Azərbaycan əsgəri  güc, iradə, qətiyyət, cəsarət göstərərək öz əzəli torpaqlarını işğaldan azad edir. Bugünlərdə rus mətbuatında dərc olunan bir yazı hər birimizdə böyük qürur və fəxr hissi yaratdı. “Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxırdılar...”. Bəli Azərbaycan Ordusu öz torpaqlarını bu cür aldı. Canını qurban verərək, qan tökərək. Ölkə başçısının da dediyi kimi, torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!
Azərbaycan artıq illərdir ki bu zəfərə hazırlıqlar görür. Siyasi müstəvidə danışıqlar aparıldığı qədər, hərbi müstəvidə də işlər görülür. Ali Baş Komandan dəfələrlə vurğulamışdır ki, Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Məhz ölkə başçımızın uzaqgörən siyasətinin nəticəsidir ki, bugün Azərbaycan Ordusu dünyanın ən qabaqcıl 50 Ordusu siyahısındadır. Bugün Azərbaycan Ordusunun hərbi arsenalında olan silahlar dünyanın bir çox ölkəsinin arzusunda olduğu müasir silahlardır. Aydındır ki, bir çox halda o silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik və siyasi səylər göstərilməlidir. Və Azərbaycanın Ali rəhbərliyi bunu edir. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir.
Xüsusilə vurğulamaq istəyirəm ki, Şuşanın azad edilməsi onsuzda əlimizdə olan psixoloji üstünlüyü daha da artırdı. Qələbəyə olan inancımızı zirvəyə qaldırdı. Bu qələbə Azərbaycanı qarşısında duran məqsədə bir addım daha yaxınlaşdırdı. Şuşanın azad olunması Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması deməkdir. Bəlkə də bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə qələbəsi deməkdir. Şübhəsiz ki, Şuşaya nəzarət Azərbaycana həm siyasi meydanda, həm də hərbi məkanda istədiyini əldə etmək üstünlüyünü verəcək.
Sonda bir daha demək istəyirəm ki, gözün aydın Azərbaycan! Gözün aydın dünya azərbaycanlıları! Eşq olsun bizim əsgərlərimizə! Ümid edirəm ki çox keçmədən bu xoş xəbəri Ağdamdan, Xocalıdan, Laçından Kəlbəcərdən, Xankəndindən alaq. Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Fatih Kargo
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya