» » İlham Əliyev: "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır"

İlham Əliyev: "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır"

İlham Əliyev: "Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır"


“Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistana fəlakətə apardı”.
Bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezident – hər ikisinə də cinayət işi açıldı. 2 ilə yaxın həbsdə qaldı, sonra onu buraxdı, ancaq cinayət işi qalır. Digərinə isə xaricə çıxmaq qadağası var. Müxalifət partiyasının sədrini həbsə atdı. Konstitusiya məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla adamlarını ora yerləşdirdi. Jurnalistləri həbslərdə çürüdür”, - Prezident vurğulayıb.

Ölkə başçısı həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Soros Fondunun bir məhsulu olduğunu vurğulayıb:

“Hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır. Bu, postsovet məkanında baş vermiş çevrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq (Paşinyanın hakimiyyəti üçün problem nəzərdə tutulur - "Report") deyil. O, nə qədər çox qalsa, bizim üçün bir o qədər də yaxşıdır”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video

    055 215 64 69Girl in a jacket

    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya