» » İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü - YENİLƏNİB



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Məhəmməd Ben Sulayem ötən ilin dekabrında Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının və Federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qonaq Azərbaycan Avtomobil Federasiyası və klublar ilə sıx əlaqələrin mövcud olduğunu deyərək, əməkdaşlığın genişləndiyini vurğulayıb.

Məhəmməd Ben Sulayem COP çərçivəsində Beynəlxalq Avtomobil Federasiyasının nəqliyyat sahəsində fəaliyyətə dəstək verəcəyini və bununla bağlı Federasiyanın mütəxəssislərinin ölkəmizlə əməkdaşlıq edəcəklərini bildirib.

Dövlət başçısı Beynəlxalq Avtomobil Federasiyasının prezidentini COP29-a dəvət edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya