» » Qənirə Paşayevanı o əvəzlədi - FOTO

Qənirə Paşayevanı o əvəzlədi - FOTO

Qənirə Paşayevanı o əvəzlədi - FOTO


Məhrum deputat Qənirə Paşayevanın  təmsil etdiyi dairədən sabiq nazir müavinin qardaşı  seçilib.

106 saylı Tovuz seçki dairəsindən mərhum Qənirə Paşayevanın  yerinə İqtisadiyyat nazirinin sabiq müavini Niyazi Səfərovun qardaşı Nizami Səfərov seçilib.
Qeyd edək ki, deputat Nizami Səfərovun qardaşı Niyazi Səfərov 2022-ci ilədək Azərbaycan iqtisadiyyat nazirinin müavini  olub.

Nizami Səfərov isə özü bundan öncəki çağırışlarda Milli Məclisin deputatı olub. Bu dəfə isə onun namizədliyi hakim partiya tərəfindən  mərhum Qənirə Paşayevanın təmsil etdiyi  106 saylı Tovuz seçki dairəsindən verilib.

Qeyd edək ki, mərhum deputat Qənirə Paşayva 2023-cü il sentyabrda dünyasını dəyişib. 
Qeyd edək ki, Nizami Səfərov  Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985–1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005–2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 

Nizami Səfərov deputat seçilənədək müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, 18 avqust 1995-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O  həmçinin müxtəlif illərdə Milli Məclis Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini və İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri  vəzifəsində çalışıb. 


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya