» » Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib


“Mən Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yanğınların söndürülməsi üçün təyyarə göndərdi. Bu təyyarə ilə yanğınları çox effektiv şəkildə söndürdük”.

Bu sözləri Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb:

“27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika yanğınların söndürülməsində iştirak edir. Təkcə 15-19 avqust tarixləri arasında 306 meşə yanğını baş verib. Müvafiq nazirlər daim yerlərdə olurlar. Mən də onlardan mütəmadi məlumat alırarm”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya